Sosial iş bir ixtisas kimi əhalinin kasıb, məzlum, aciz və əzilmiş
təbəqəsinin maraqları və sosial rifahı uğrunda vəkillik edən bir peşədir.
Əslində sosial iş xalqın rifaının yaxşılaşmasına xidmət edən bir ixtisas kimi
fəxr etməyə haqqı çatan bir ixtisasdır.Baxmayaraq ki, ilk yarandığı zamanlarda
sosial iş kasıblara və məzlumlara xidmət edirdisə hal-hazırda bu ixtisasın
xidmət dairəsi çox genişlənmişdir və bu günlərdə sosial işçilər sinfindən və
gəlirindən asılı olmayaraq ehtiyac içində və ya çətin həyat şəraitində olan
bütün vətəndaşlara kömək edən bir sahədir. Sosial işin çox yayıldığı və geniş
vüsət aldığı cəmiyyətlərdə sosial işçilər məktəblərdə, bağçalarda, səhiyyə
sahəsində, ailə və uşaq rifah mərkərzlərində, ruhi sağlamlıq mərkəzlərində,
xəstəxənalarda, poliklinikalarda, çəzaçəkmə müəssisələrində, sənaye sektorunda,
rehabilitasiya mərkəzlərində, icma inkişafı, yoxsulluğun aradan qaldırılması
sahələrində, krizis mərkəzlərində, sosial xidmət göstərən bütün müəssisələrdə
işləyirlər. Sosial işçilər həm özəl, həm dövlət həm də içtimai yəni QHT sektorunda
fəaliyyət göstərirlər. Sosial işçilərin xidmət etdiyi insanlarin körpələrdən
tutmuş yaşlı ve eyni zamanda müxtəlif sosial-iqtisadi qrupdan, irqdən və dindən
olan insanlara qədər çeşidlərnir.
Sosial iş elə bir ixtisasdır ki, o insanların rifahı üçün sosial
dəyişikliklər edir, insanlar arasındakı munasibətlərdə problemləri həll edir və
insanların rifahını yüksəltəmək üçün onları daxili güclərinə və daxili
potensiallarına axralanmağa yönəldir. Bundan başqa sosial iş, rifahlarına çatmaq
üçün insanların müstəqil olmasına da şərait yaradır (Beynəlxalq Sosial İşçilər
Federasiyası, 2004).
Hiç yorum yok:
Yorum Gönder