Xüsusi qayğıya ehtiyacı olan uşaqların davranış problemləri


   Xüsusi qayğıya ehtiyacı olan uşaqların əqli və fiziki inkişafının zəif olması onlarda böyük və kiçik motorikanın, emosional-iradi sferanın  inkişafını ləngidir, eləcə də idrak proseslərinin inkişafına, fəaliyyətin iradi tənzimlənməsinə mənfi  təsir göstərir. İradi-emosional sferanın formalaşması bədən tarazlığını təmin etmə ilə, yəni fiziki bacarıqların inkişafı ilə şərtlənir. Nəticədə uşaqlarda məsuliyyət, müstəqillik, özünəinam hissləri inkişaf edir. Psixi, fizioloji və sosial proseslərin belə qarşılıqlı şəkildə inkişafı refleksiya qabiliyyətini artırır ki, bu da  onların sosial bacarıqlar əldə etməsinə kömək edir və mühitə adaptasiya olunmalarını asanlaşdırır.
  Xüsusi qayğıya ehtiyacı olan uşaqların iradi tərbiyəsi üçün inandırma və iradi səyləri həvəsləndirmə metodundan istifadə olunur. Uşağın kollektivə mənsub olmaq, “uşaqlardan biri olmaq”cəhdi ona motivasiya verir. Mənsub olma hissi uşağın öz dəyərini hiss edə bilməsi üçün təmin edilməsi zəruri olan ehtiyaclarından biridir. Bununla yanaşı kiçik yaşlı uşaqlarda onların həyatları ilə bağlı qərarların qəbul edilməsini etibar etmək onlarda inam hissini tərbiyə edir.
    Xüsusi qayğıya ehtiyacı olan uşaqların emosional cəhətdən zəif inkişaf etməsi onların tez tez qorxu hissi keçirməsi və özünə qapanmalarına səbəb olur. Bu hal yarandıqda uşaqlarda zərərli və arzuolunmaz davranışlar müşahidə olunur. Belə davranışların qarşısını almaq üçün onlara “xüsusi” yanaşma tətbiq edilir. Bu yanaşma ayrı-ayrı addımlardan ibarət olur və tətbiqi ilə arzuoplunmaz davranışın səbəbləri aydınlaşdırılır, məqəsdlər müəyyən olunur, addımlar planlaşdırılır, davranışa görə münasibət qurulur və sonda uşağın ailə üzvləri, eləcə də digər insanlarla ünsiyyətdə olma, birgə fəaliyyətdə olmadan məmnun qalma hissi aşılanır.
Alternativ ünsiyyət vasitələrinin seçilməsi, müxtəlif oyunlardan istifadə, musiqi terapiyasının tətbiqi sayəsində uşaq özünü anlayır və dərk edir,  daxili potensialından məqsədyönlü istifadə edə bilir, arzuolunmaz davranışlar azalır, ünsiyyət bacarıqları, müstəqil və avtomatik davranışları, özünü idarəetmə zamanı emosionallığı, özünə xidmət bacarıqları artır.

Sudabə İskəndərova

Hiç yorum yok:

Yorum Gönder