Sosial işçilər çətin həyat şəraitində olan insanlar ilə işləyərkən hər bir
vəziyyətdən asılı olaraq onlar qaşılarına konkret bir məqsəd qoyurlar və bu
buna çatmaq istiqamətində fəaliyyət göstərirlər. Vəziyyətin müxtəlifliyindən və
ya çətin həyat şəraitində olan insanların problemindən asılı olamayaraq, sosial
işçilərin qarşılarına qoyduqları məqsədlər və vəzifələr sosial işin ümumi
məqsədinə xidmət edir və ondan irəli gəlir.
Sosial işin məqsədi insanlara özlərinə kömək etmək üçün onlara kömək
etməkdir. Sosial işçilər hər kəs üçün həyat şəraitini və keyfiyyətini
yaxşılaşdırmaq üçün, çətin həyat şəraitində olan insanlara müvafiq mühiti
yaratmaqdan, bərpa etməkdən və inkişaf etdirməkdən ibarətdir.
Insanların yaşadıqları mühit (sosial, fiziki, təşkilati) onların öz
potensiallarını və imkanlarını maksimum dərəcədə dərk etmələri üçün şərait və
mənbələr yaratmalıdır və onların ilkin ehtiyaclarını ödəmək, əzabı, gərginliyi
və məzlumluğu aradan qaldırmaq üçün imkanlar yaratmalıdır.
İnsanlar da əllərindən gəldiyi qədər çalışmalı və cəhd etməlidirlər ki, həm
öz rifhaları və sosial inkişafları həm də yaxınlarının və ümumiyyətlə
cəmiyyətin ümumi rifahını yaxşılaşdıra bilsinlər.İnsanlar bir-biri və ya
cəmiyyətin digər üzvləri arasında təmas zamanı bir-birilərinin vicdanına,
şəxsiyyətinə, toxunulmazlığına ve seçiminə hörmət etməlidir. Bütün insanlara
qarşı humanist və ədalətli yanaşma olmalıdır. Fərdlər, icmalar, ailələr,
qruplar və təşkilatlar sosial işçilərin işlədiyi çətin həyat şəraitində olan
insanlar (ailələr) ola bilər.
Hiç yorum yok:
Yorum Gönder