Ailə və uşaqlarla işləyən Sİ-lərin bilməli olduqları nəzəriyyələr

Psixodinamik nəzəriyyə

 “Psixodinamika” termini ilk dəfə 1918-ci ildə R.Vudvorts tərəfindən təklif edilmişdir. Psixodinamik yanaşmanın mərkəzində psixodinamik aspektlərlə əlaqəli suallar durur. Bunlar daxili konfliktlər, istəklər, arzu və məqsədlər zəminində inkişaf edən və “Mən” şəxsiyyətində funksionallaşan sualların psixodinamik yanaşma tərəfindən həll edilməsinə kцmək edir. Konflikt (münaqişə)-müştərinin davranışındakı və emosional həyatındakı dəyişikliklərin pozulması səbəbləri haqqında anlayışdır. Konflikt haqqında müəlliflərin müxtəlif mülahizələri vardır, yəni buna uyğun olaraq, konfliktə psixodinamik yanaşma da müxtəlifdir, bütün korreksiya və psixoterapevtik metodlar onların həllinə yönəldilmişdir. Beləliklə, psixoanalizin əsas vəzifəsi-müştərinin düşünlməyən hərəkətlərinin yol verilməzliyi ilə əlaqədar olan münaqişəli durumu ona başa salmaqdır. Belə hallarda bu konfliktlərin həlli yolu kimi məhz düşünülməyən hərəkətlərin yol verilməzliyinin xvxlməsi hesab edilir. Z.Freyd tərəfindən qələmə alınmış “Kiçik Hansın tarixçəsi” əsərində müəllif müxtəlif yaşlı uşaqlarla işlərkən psixoanalizdən istifadə etməyin əsasını qoymuşdur. Uşaq psixoanalizi yaranan vaxtdan o iki əsas məktəb üzrə inkişaf etdirilmişdir. Bu məktəblər nəzəri baxışlarına və praktik tətbiqlərinə gцrə bir-birindən fərqlənirlər: onlardan biri M.Klayn məktəbi, digəri isə klassik və ya Freyd məktəbi adlanır. Tətbiq edilən transfera mexanizmi anlayışı-korreksiya təsirinin müvəffəqiyyətini müəyyən edən mərkəzi proses kimi müxtəlif anlayışlarda qəbul edilir. Uşaq psixoanalizində müxtəlif korreksiya metodlarının və üsullarının aparılması nəticəsində qərara alınmışdır ki, oyun terapiyası və artterapiya psixodinamik yanaşmanın nəticəsi kimi ayırd edilsin. Gələcəkdə psixoloq psixodinamik yanaşmanın metodlarından kənara çıxaraq, üz şəxsi metodlarını həyata keçirə bilər. Bəzi müəlliflər belə hesab edirlər ki, oyun terapiyası daimi qorxu içərisində yaşayan və yuxu pozğunluğu olan uşaqlar arasında daha effektli nəticə verir. Psixoanalitiklər kiçik pasientlərdə irəli sürdükləri tələbləri onların valideynləri qarşısında da qoyurlar. Məsələn, uşağın intellektual inkişafının daha yüksək səviyyədə olması üçün valideynlər aktiv şəkildə psixoanalitiklər əməkdaşlığa can atmalıdırlar. A. Freyd, M. Maller, P. Nolbauer üz əsərlərində uşaq psixoanalizinin səmərəli həlli üçün bəzi şərtlər irəli sürmüşlər: - psixoanalitik üsulların yaş həddinə görə adaptasiya olunması; - terapevtik alyansın təkcə “analitik-pasient” yox, habelə “analitik-valideyn”, informasiya alyansının isə “valideyn-analitik” anlayışı kimi qəbul edilməsi. Korreksiyanın məqsədi: Psixodinamik təyinatda korreksiyanın istiqaməti-şüursuz səbəblərdən əmələ gəlmiş ağır həyacanın və ağrı hisslərinin müəyyən edilməsindən ibarətdir.


Feminizm

 Feminizm (lat. femina – "qadın") — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.
 İndiki dövrdə feminizmi müxtəlif formalarda müəyyən edirlər. Çox zaman feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır. Lakin daha çox onu geniş şəkildə-cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər).
 Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Axırıncı heç də birmənalı şəkildə başa düşülmür. Feminizmin ilk dalğası XIX əsrin sonu-XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da hərəkat daha kütləvi xarakter aldı. Bu çoxsaylı aksiyalarda bir sıra təşkilatların və bir çox lidersiz və öz ənənəvi anlamında nəzəri strategiyasız kiçik qrupların yaranmasında təzahür etdi. 80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. Əgər 80-ci illərin ortalarına qədər nəzəriyyəçilər tərəfindən əsasən Qərbi Avropa və Şimali Amerikanın orta təbəqəsindən olan ağ qadının təcrübəsi nəzərdən keçirilirdisə, sonralar digər qrupların və onların spesifik maraqlarının öyrənilməsinin və nəzərə alınmasının zəruriliyi qəbul olundu. Bu hərəkatın yalnız praktikasının deyil, nəzəriyyəsinin də vəziyyətində öz əksini tapdı, hansı ki, get-gedə daha çox qeyri-tarixi faktorlara yönəlmə ilə bağlı kateqoriya və metodlardan imtina edirdi.
 Feminizmdə cinsin təcrübəsi deyil, genderin təcrübəsi nəzərdən keçirilir, yəni bioloji-anatomik deyil, mədəni-psixoloji xarakteristikalar, belə ki, praktiki olaraq, cinsin təzahürü və bioloji cinsilik yalnız "qarşılıqlı təsirin insaniləşmə"sinin məhsulu kimi mövcuddur. Müəyyən mədəniyyətə, "insanın təbiəti"nə, onun cins xarakteristikalarına xas olan cins təsəvvürlərinin feminizmə müvafiq aid edilməsi patriarxatla bağlı bir sıra gizli məsələlərin qeyri-tənqidi qəbulu deməkdir. Bura əmək bölgüsünün müəyyən tiplərini, tabeliliyin iyerarxik prinsiplərini, elmin, fəlsəfənin, tərəqqinin mücərrəd-texnoloji anlamını aid etmək olar. Bu səbəblərdən irəli gələrək feminizmdə cinslərarası münasibətlər hakimiyyət münasibətlərinin bir tipi kimi başa düşülür, belə ki, "obyektivlik" adı altında bəşəriyyətin özünün maraqları olan bir hissəsi, eyni zamanda, o biri hissəsinin də maraqlarını təqdim edir. Feminizm nəzəriyyəçilərinin fikrincə, bu tip mədəniyyətlərdə qadın sadəcə "başqası" kimi təqdim olunur. Feminizm nümayəndələri hesab edirlər ki, cəmiyyətin kişi və qadınlara münasibətdə tətbiq etdiyi rasional nəzarət sxemi fərqlənir, bununla bərabər, qadın mənəviyyatı tipi təmin olunmamış qalır. Ona görə də feminizmin məqsədi qadın mənəviyyatının "susma sferasından" çıxarılmasıdır.
 Feminizmin bir sıra istiqamətləri mövcuddur, onlardan bir qismi az tanınmış (məsələn, anarxofeminizm, konservativ feminizm, humanist feminizm), bəziləri isə kifayət qədər geniş müzakirə olunandır (burjua feminizmi, radikal feminizm, liberal feminizm, "Qara feminizm" və s.). Belə bölgünün özünü problematik hesab etmək olar, belə ki, o, feminizm kimi qeyri-ənənəvi dünyagörüşün (özünün nəzəriləşdirmə və praktika üsullarının alternativləri ilə) ənənəvi nöqteyi-nəzərdən qiymətləndirilməsini nəzərdə tutur (məsələn, burjua və ya marksist feminizm və s.). Amma istiqamətlərin bu bölgüsü hələ də qəbul olunur, baxmayaraq ki, çox zaman o müxtəlif əsaslarla aparılır. Bundan əlavə, feminizm termini elmin müəyyən sahələrinə – ekofeminizm, kiberfeminizm və s.-cins/gender problemini daxil edən yeni istiqamətlərin adına daxildir.

Koqnitivlik nəzəriyyəsi

 Koqnitivlik (lat. cognitio, "başa düşmək, dərk etmək, öyrənmək") dərketmə və xarici informasiyaları məniməsmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir. Psixologiyada bu anlayış şəxsdə baş verən psixoloji prosesləri və əsasən informasiya emalında psixoloji vəziyyəti araşdırmaq üçün tətbiq edilir. Bu anlayış həm də tez-tez "kontekst bilikləri"n (abstraksiyalaşdırma, konkretləşdimə), bilik, bacarıq, qavrama kimi keyfiyyətlərin araşdırlmaısnda istifadə edilir.
 Çox vaxt koqnitivlik şüur eyni götürlür. İnsanda bir çox proseslər şüurlı baş versə də, koqnitivlik və şüur eyni deyildir. İnsanda proses koqnitiv ola bilər, ancaq şüursuzn baş verə bilər, məsələn, şüursuz şəkildə nəyisə öyrənmək.
 İnsanın koqnitiv xassələrinə "diqqətlilik", "yaddınasalma", "öyrənmə", "yaradıclıq", "təşkiletmə", "orientasiya". "əsaslandırma", "iradə", "inam" və s. kimi keyfiyyətlər aid edilir. Koqnitiv xassələr psixiatriya, psixologiya, fəlsəfə, neyrologiya və süni intellekt kimi müxtəlif elm sahələrində tədqiq edilir. Koqnitivliyin elmi araşdırılması "Koqnitivlik elmi" adı altında aparılır.

Hiç yorum yok:

Yorum Gönder