Etik standartlar

Etik standartlar
(müraciətçi, cəmiyyət, iş yeri, əməkdaşlar qarşısında)

Sosial işçilər klientlərə, əməkdaşlara, cəmiyyətə qarşı bir sıra etik standartları qorumalıdır.

1. Sosial işçilərin müştəriyə münasibətdə etik məsuliyyəti:
Sosial işçi üçün onun ilkin prioritet müştərinin problemini həll etməkdir.
1.1. Müştəriyə qarşı öhdəlik
Sosial İşçi ilk növbədə müştərinin rifahını önə çəkməli və müştərinin maraqlarını müdafiə etməlidir.
1.2. Öz müqəddəratını təyin etmək
Sosial İşçi müştərinin həyat tərzi və dəyərlərindən asılı olmayaraq seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.
1.3. İnformasiyanın alınmasına əsaslanan razılaşma
İşə başlamamışdan əvvəl Sosial işçi müştəri ilə onun həyat situasiyasına aid hərtərəfli və dolğun məlumat verməsinə zəmanət verən yazılı razılaşma imzalanmalıdır.
1.4. Maraqların toqquşması
Sosial işçilər ədalətli mühakimə və professionallığa mane olan maraqların toqquşmasından qaçmalıdır. Maraqların real və potensial münaqişəsi yarandıqda Sosial işçilər bu haqqda müştəriyə məlumat verməli müştərinin maraqlarını müdafiə edən rassional addımlar atmalıdırlar.
1.5. Seksual münasibətlər və cinsi zorakılıq
Sosial İşçi problemlərinin həlli ilə məşğul olduğu müştəri ilə cinsi əlaqədə olmamalı və ona münasibətdə cinsi zorakılıq etməməlidir.
1.6. Məxfiliyi qorumaq
müştərinin verdiyi məxfi məlumatlar özünə, ikinci bir şəxsə və ya cəmiyyətə ziyan vurmayacaq təqdirdə Sosial işçilər tərəfindən gizli saxlamalıdır.
1.7. Xidmətlər üçün ödəniş
Ödənişi təyin edərkən Sosial işçilər ödnişin əsaslı, ədalətli və həyata keçirilən xidmətlərə uyğunluğuna əmin olmalıdır. Sosial işçilər professional xidmətin ödənişi müqabilində müştəridən xidmət və ya əmtəə almaqdan çəkinməlidir.
1.8. Qərar qəbul etmək bacarığı məhdud olan müştərinin qərar qəbul etməsinə köməklik
Qərar qəbul etmək bacarığı məhdud olan müştərinin adından çıxış edən Sosial işçilər müştərinin hüquqlarını və maraqlarını müdafiə etmək üçün əsaslı addımlar atmalıdır.
1.9. Xidmətlərin fasiləsi
Sosial işçilər qeyri-müyəssərlik, yerdəyişmə, xəstəlik, əlillik, ölüm və başqa amillər Narahatlıq halları müşahidə olunmur.əticəsində xidmətlərin ara verilməsi hallarında xidmətlərin davam etdirilməsi üçün əsaslı addımlar atmalıdır.
1.10 . Xidmətlərin istifadəsinin sona çatdırılması
Xidmətlər və Sosial işçilərlə müştərilər arasındakı professional münasibətlərə artıq ehtiyac olmadıqda və müştərinin ehtiyaclarına və maraqlarına xidmət etmədikdə dayandırılmalıdır.

2. Sosial işçilərin həmkarlarına qarşı etik məsuliyyəti:
2.1. Həmkarlarına daim hörmətlə yanaşmalıdır.
2.2. Digər mütəxəssislərlə, müştərilərlə ünsiyyət zamanı həmkarlarına münasibətdə əsassız və neqativ tənqiddən yayınmalıdır. Əsasız, neqativ tənqidə həmkarların səriştəlilik dərəcəsi, irq, milli-etnik mənsubiyyət, cinsi orientasiya, yaş, ailə statusu, siyasi mənsubiyyət, din, əqli və ya fiziki əlillik kimi fərdi göstəricilərə alçadıcı şərhlər aid edilə bilinər.
2.3. Ədalətsiz hərəkətlərə qarşı həmkarları müdafiə etməlidir.
2.4. Həmkarları ilə şəxsi məqsədlər və ya hər hansı bir mövqeyin tutulması məqsədi olmadan fikir mübadiləsi aparılmalıdır.
2.5. Müştərinin ən yaxşı maraqları naminə həmkarlarının məsləhət və dəstəyindən yararlanmalıdır.
2.6. Həmkarların səriştəlilik və ixtisaslaşmış olduqları sahələr haqqında məlumatlı olmalıdır.
2.7. Konsultasiya mövzusu ilə bağlı səriştə və biliyini nümayiş etdirmiş həmkarlar ilə fikir mübadiləsi aparmaq və bu mübadilə zamanı keysin müzakirəsi üçün vacib olan minimum informasiyanı verməlidir.
2.8. Əlavə xidmətlər tələb olunduqda, sosial işçi keyslə bağlı əsaslı dəyişikliklər edəcəyinə əmin olmadıqda və yaxud müştərinin digər mütəxəssislərin bilik və təcrübəsinə ehtiyac yarandıqda klienti digər mütəxəssisə yönəltməlidir.
2.9. Professional münasibətlər zamanı həmkarları tərəfindən bölünən məxfi informasiyanın konfidensiallığını saxlamalıdır.
2.10. Supervayzerlə, əməkdaşlarla, həmkarlarla, tələbələrlə, trenerlərlə seksual münasibətdə olmamalı və ya cinsi təcavüz etməməlidir.

3. Sosial işçilərin cəmiyyətə yönələn öhdəlikləri:
3.1. Sosial işçilər cəmiyyətin ümumi rifahını önə çəkməlidir.
3.2. Sosial işçilər sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləməlidir.
3.3. Sosial işçilər sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir.
3.4. Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir

Hiç yorum yok:

Yorum Gönder