Sosial iş təcrübəsinin etik prinsip və dəyərləri
Sosial İşçinin ümumi dəyərləri:
Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan Sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərlər birləşdirdi: səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi.
İnsan Hüquqları və İnsan Ləyaqət:
Sosial İşçi hər bir klientin ləyaqətinə və şəxsiyyətinə və bunlardan doğan haqqlarına hörmətlə yanaşlamlı, fiziki, psixoloji, mənəvi və ruhi vəhdətini, rifahını dəstəkləməli (ön plana çəkməli) və müdafiə etməlidir. İnsan Hüquqları və İnsan Ləyaqəti dedikdə aşağıdakılar nəzərdə tutulur:
Öz müqəddəratını təyin etməyə hüquqa hörmət etmək – Sosial İşçi həyat tərzi və dəyərlərindən asılı olmayaraq hər bir şəxsin seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.
Güclü cəhətləri müəyyənləşdirmək və inkişaf etdirmək - Sosial İşçi klientin güclü xüsusiyyətlərini önə çəkməli və onların inkişaf etdirilməsinə səy göstərməlidir.
Hər bir klientlə tam bir məhfum kimi davranmaq - Sosial İşçi klientə tam bir məhfum kimi yanaşmalı, yəni onun ailəsi, yaşadığı mühit, cəmiyyət ilə yaxından maraqlanmalı və klientin həyatının bütün amillərinə nəzər yetirməlidir.
Hər bir insana şəxsiyyət kimi yanaşmaq – kimliyindən asılı olmayaraq Sosial İşçi klientə şəxsiyyət kimi yanaşmalı və davranmalıdır.
Hər bir klientə fərdi yanaşmaq - Sosial İşçi hər bir klientə fərdi yanaşmalı, eyni problemli klientlərlə onların xüsusiyyətlərinə uyğun davranmalıdır.
Məxfiliyi saxlamaq - Sosial İşçi klientin verdiyi cəmiyyətə və ya ikinci bir şəxsə ziyan vurmayacaq məlumatını gizli saxlamalıdır.
Sosial Ədalət:
Sosial İşçi cəmiyyətdə klientə qarşı törədilən ədalətsizliyə qarşı mübarizə aparmaq öhdəliyini daşıyır. Sosial Ədalət dedikdə aşağıdakılar nəzərdə tutulur:
Ayrıseçkiliyə qarşı mübarizə - Sosial İşçi risk qrupuna daxil olan klientə qarşı yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, sosial-iqtisadi durumuna, siyasi inam, mədəniyyət və cinsi yönümlüyünə, dini baxışlarına görə ayrıseçkilik etməməli və eyni zamanda, cəmiyyətdə mövcud olan bu cür ayrıseçkiliyə qarşı mübarizə aparmalıdır.
Müxtəlifliyə hörmət etmək - Sosial İşçi cəmiyyətdə mövcud olan etnik və mədəni (etnik qruplara aid adət-ənənələr) müxtəlifliyi tanımalı və hörmət etməlidir.
Resursları ədalətlə (bərabər) bölmək - Sosial İşçi səlahiyyətində olan resursları ehtiyacı olan klientlər arasında ehtiyaca uyğun olaraq ədalətlə bölməlidir.
Ədalətsiz siyasi məsələlərə və hərəkatlara qarşı mübarizə - Sosial İşçi resursların ədalətsiz bölüşdürülməsi, zülümkar, ədalətsiz və məhv edici siyasətlərin, davranışların və hərəkatların mövcudluğu faktını öz müdirinin, siyasətçilərin, siyasi proqram hazırlayanların və ümumi ictimayyətin diqqətinə çatdırmaq vəzifəsi var.
Həmrəy olmaq - Sosial İşçi klientlərin sosial təcridliyinə, damğalanmağına və itaətçiliyinə şərait yaradan sosial şərtlərə qarşı mübarizə aparmalı və inklusiv cəmiyyətin qurulmasına çalışmalıdır.
Sosial işçilərin klientə münasibətdə etik məsuliyyəti:
Klientə qarşı öhdəlik
Sosial İşçi ilk növbədə klientin rifahını önə çəkməli və klientin maraqlarını müdafiə etməlidir.
Öz müqəddəratını təyin etməyə
Sosial İşçi klientin həyat tərzi və dəyərlərindən asılı olmayaraq seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.
İnformasiyanın alınmasına əsaslanan razılaşma
İşə başlamamışdan əvvəl Sosial işçi klientlə onun həyat situasiyası ilə bağlı hərtərəfli və dolğun məlumat verməsinə zəmanət verən yazılı razılaşma imzalanmalıdır.
Maraqların toqquşması
Sosial işçilər ədalətli mühakimə və professionallığa mane olan maraqların toqquşmasından qaçmalıdır. Maraqların real və potensial münaqişəsi yarandıqda Sosial işçilər bu haqqda klientə məlumat verməli klientin maraqlarını müdafiə edən rassional addımlar atmalıdırlar.
Seksual münasibətlər və cinsi zorakılıq
Sosial İşçi problemlərinin həlli ilə məşğul olduğu klient ilə cinsi əlaqədə olmamalı və ona münasibətdə cinsi zorakılıq etməməlidir.
Məxfiliyi qorumaq
Klientin verdiyi məxfi məlumatlar özünə, ikinci bir şəxsə və ya cəmiyyətə ziyan vurmayacaq təqdirdə Sosial işçilər tərəfindən gizli saxlamalıdır.
Xidmətlər üçün ödəniş
Ödənişi təyin edərkən Sosial işçilər ödnişin əsaslı, ədalətli və həyata keçirilən xidmətlərə uyğunluğuna əmin olmalıdır. Sosial işçilər professional xidmətin ödənişi müqabilində klientdən xidmət və ya əmtəə almaqdan çəkinməlidir.
Qərar qəbul etmək bacarığı məhdud olan klientin qərar qəbul etməsinə köməklik
Qərar qəbul etmək bacarığı məhdud olan klientin adından çıxış edən Sosial işçilər klientin hüquqlarını və maraqlarını müdafiə etmək üçün əsaslı addımlar atmalıdır.
Xidmətlərin fasiləsi
Sosial işçilər qeyri-müyəssərlik, yerdəyişmə, xəstəlik, əlillik, ölüm və başqa amillər Narahatlıq halları müşahidə olunmur.əticəsində xidmətlərin ara verilməsi hallarında xidmətlərin davam etdirilməsi üçün əsaslı addımlar atmalıdır.
Xidmətlərin istifadəsinin sona çatdırılması
Xidmətlər və Sosial işçilərlə klientlər arasındakı professional münasibətlərə artıq ehtiyac olmadıqda və klientin ehtiyaclarına və maraqlarına xidmət etmədikdə dayandırılmalıdır. Etik standartlar (müraciətçi, cəmiyyət, iş yeri, əməkdaşlar qarşısında) Sosial işçilər klientlərə, əməkdaşlara, cəmiyyətə qarşı bir sıra etik standartları qorumalıdır.
Sosial işçilərin həmkarlarına qarşı etik məsuliyyəti:
Həmkarlarına daim hörmətlə yanaşmalıdır.
Ədalətsiz hərəkətlərə qarşı həmkarları müdafiə etməlidir.
Klientin ən yaxşı maraqları naminə həmkarlarının məsləhət və dəstəyindən yararlanmalıdır.
Həmkarların səriştəlilik və ixtisaslaşmış olduqları sahələr haqqında məlumatlı olmalıdır.
Həmkarları ilə şəxsi məqsədlər və ya hər hansı bir mövqeyin tutulması məqsədi olmadan fikir mübadiləsi aparılmalıdır.
Professional münasibətlər zamanı həmkarları tərəfindən bölünən məxfi informasiyanın konfidensiallığını saxlamalıdır.
Supervayzerlə, əməkdaşlarla, həmkarlarla, tələbələrlə, trenerlərlə seksual münasibətdə olmamalı və ya cinsi təcavüz etməməlidir.
Digər mütəxəssislərlə, klientlərlə ünsiyyət zamanı həmkarlarına münasibətdə əsassız və neqativ tənqiddən yayınmalıdır. Əsasız, neqativ tənqidə həmkarların səriştəlilik dərəcəsi, irq, milli-etnik mənsubiyyət, cinsi orientasiya, yaş, ailə statusu, siyasi mənsubiyyət, din, əqli və ya fiziki əlillik kimi fərdi göstəricilərə alçadıcı şərhlər aid edilə bilinər.
Konsultasiya mövzusu ilə bağlı səriştə və biliyini nümayiş etdirmiş həmkarlar ilə fikir mübadiləsi aparmaq və bu mübadilə zamanı keysin müzakirəsi üçün vacib olan minimum informasiyanı verməlidir.
Əlavə xidmətlər tələb olunduqda, sosial işçi keyslə bağlı əsaslı dəyişikliklər edəcəyinə əmin olmadıqda və yaxud klientin digər mütəxəssislərin ixtisaslaşmış bilik və təcrübəsinə ehtiyac yarandıqda klienti digər mütəxəssisə yönəltməlidir.
Sosial işçilərin cəmiyyətə yönələn öhdəlikləri:
Sosial işçilər cəmiyyətin ümumi rifahını önə çəkməlidir.
Sosial işçilər sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləməlidir.
Sosial işçilər sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir.
Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir
Mənbə: Code of Ethics of the National Association of Social Workers

Hiç yorum yok:
Yorum Gönder