Sosial işin praktikası və praktika nəzəriyyələri
Sosial işdə nəzəriyyələrin əhəmiyyəti, onların sosial quruluşları və seçilib sosial iş praktikasına uzlaşdırılması
Sosial iş peşəsinin praktiki baxımdan fikirləşmək olar. Belə ki, sosial iş prosesi qiymətləndirmə mərhələsindən başlayaraq müdaxilə mərhələsi də daxil olmaqla və başlanılan peşəkar kömək prosesinin sona çatdırılması mərhələlərindən ibarətdir. Bu istiqamətdə səmərəli işləmək üçün sizə praktiki təlimatlar tələb olunur ki, onlar da elmi sübuta və tədqiqata əsaslanmış olmalıdır.Məsəl üçün səmərəli ünsiyyət qurmaq üçün sizə nələr lazım olduğunu elmi sübutu olan mənbələrdən öyrənməlisiniz. Sosial işə belə bir prizmadan baxmaq mexaniki bir proses olardı. Lakin sosial işdə nəzəriyyələrin olması sosial işi icra edərkən qiymətləndirmə mərhələsində nəyin əhəmiyyətli olmasını nəzərə almaq, insanlara kömək etmək üşün hansı vasitə ilə və necə müdaxilə etmək lazim olduğunu və prosesi nə zaman və necə başa vurmaq lazım olduğunu bizə deyir. Əgər sosial iş üzrə təlimatlar sizə kimin necə daha yaxşı qiymətləndirməyi belə göstərsə siz nəyin necə qiymətləndirmək lazım olduğunu və necə müdaxilə etmək lazım olduğunu necə bilə bilərsiniz? Əgər sizə kimsə desə ki, “İntervyu eləməyin ən səmərəli yolu budur”, o zaman növbəti məntiqi sual belə olacaqdır “hansı məqsəd üçün səmərəlidir”?Sadəcə olaraq “bunu belə elə onu belə elə” kimi sadəcə mexaniki qaydalar onların nəzəriyyə və biliklərini ört-basdır edir. Berqlində görə (1992) sosial iş prosesi elə bir prosesidir ki, müxtəlif alternativlərdən və ya mövqelərdən çıxış edərək qərara gəlmək olur. Əldə etdiyimiz nəzəriyyələr həmişə bizə hansı alternativi seçməyimizi və nəyə görə bu alternativi seçməyimizi sübut etməkdə bizə kömək edir (Hove, 1987). Buna görə də ailə və uşaqlar ilə işləyərkən sosial işçilər kimi nəzəri biliklərimiz olmalıdır ki, iş zaman verilən qərarların nəyə görə belə verildiyini və necə verildiyini izah edə bilək. Bir sözlə nəzəriyyələri bilmək ailə və uşaqlarla işləyən sosial işçilərə gördükləri işin elmi əsası olmasını sübut etməyə imkan verir.Bu da yuxarıda sosial işçilərin etik qaydalarında qeyd olunduğu kimi sosial işçilərin əsas etik prinsiplərinə xidmət edir.
Nəzəriyyə dünya haqqında ideyaların təşkil olunmuş bəyanatıdır.Fook (2002) qeyd edir ki, hətta əşayalara belə adların verilməsi işdə aydınlıq yaradır. Sosial işdə “nəzəriyyə” sözü üç müxtəlif imkanları açıqlayır, yəni sosial işdə nəzəriyyələr üç müxtəlif terminlər ilə işlənir: modellər, nəzəriyələr və perespektivlər. Bəzən bunların üçü də eyni mənanı vermək üçün işlənilir və ya bəzən müxtəlif mənaları ifadə etmək üçün işlənilir.Aşağıdakı izahatlar bu üç terminə açıqlıq gətirir.
• Modellər praktika zamanı nəyin baş verməsini ümummi olaraq izah edir: belə ki, bizim düşüncələrimizi müxtəlif situasiyalarda strukturlaşmış şəkildə ifadə edir ki, bu da praktikaya stabillik və tutarlılıq vermək üçün bəzi prinsipləri və nümunələri seçib saxlayır. Modellər bizim fikirlərimizi mürəkkəb situasiyalarda necə davranmağı və necə hərəkət etməyimizi strukturlaşdırır və təşkil edir.Buna yaxşı misal olarq tapşırığa-əsaslanmış praktika modelini gətrimək olar.
• Perespektivlər dünya haqqında dəyərlər və ya baxışlardır ki, onlar da praktika zamanı beynləri məcbur edir ki, özlərini idarə edə bilsinlər və düzgün istiqamətə yönəldə bilsinlər. Perespektivlər bizə nəyin nə üçün baş verməsini təşkil olunmuş şəkildə fikirləşməyə imkan verir.Müxtəlif perespektivlərin situasiyaya tətbiq edilməsi bizə situasiyanın müxtəlif prizmalardan görmək imkanı verir.Buna misal olaraq Feminist perespektivini və sistemlər nəzəriyyəsini göstərmək olar.
• İzahedirici nəzəriyyələr bəzi hərəkətlər nə üçün bəzi nəticələrə səbəb olduğunu izah edir.Bu nəticələrin baş verdiyi şəraiti müəyyən edir.Bəzi yazıçılar “nəzəriyyə” sözünü belə səbəb ilə nəticələnən hərəkətləri izah etmək üçün istifadə edirlər.Onlar üçün “nəzəriyyə” deməlidir ki, nə işləyir nə işləmir.Məsələn koqnitiv davranış nəzəriyyəsi buna bir misaldır.Perespektivlər, modellər və nəzəriyyələr praktika zaman lazım olan əhəmiyyətli ünsürlərdir. Çünki sosial iş mürəkkəb dünyamızda praktiki fəaliyyətdir amma nəzəriyyə və ya perespektivlər sosial işçilərə faəliyyət üçün konkret yol göstərirlər.
Ümumiyyətlə nəzəriyyələr iki hissəyə bölünə bilər: bunlar formal və qeyri-formal şəkildə yarana nəzəriyyələrdir. Formal nəzəriyyələr adətən alimlər və elmi işçilər tərəfindən elmi ocaqlarda müzakirələr, debatlar və ya elmi araşdırmalar nətcəsində ərsəyə gələn nəzəriyyələrdir. Qeyri-formal nəzəriyyələri isə praktika şəratinidə və ya iş ərzində meydana çıxan fikirlərin və rəylərin toplusu kimi izah etmək olar və ya onlar belə formada meydana gəlir. Yəni bunlar gündəlik təcrübə əsasında meydana çıxır.
Nəzəriyyələri eyni zamanda həm də induktiv və deduktiv adlandırmaq olar.Induktiv nəzəriyyəni praktiki təcrübədən ümumiləşdirərək yaradılır.Deduktiv nəzəriyyələr isə ümumi nəzəriyyədən hər hansı bir hadisə haqqında qənaitə gəlmək deməkdir.Məsəl üçün yəqin ki, siz ağır xəstə olan və ölmək ehtimalı yüksək olan insanlar ilə təmasda olmusunuz və ya işləmisiniz.Onlar adətən qəzəbli olurlar, sonra depresiyaya düşürlər və sonunda isə tezliklə öləcəklərini qəbul edirlər.Əgər siz bu təcrübədən hər hansı bir nəzəriyyə irəli sürmüş olsanız, məsələn ölən insanların davranış nəzəriyyəsini irəli sürmüş olsanızı o zaman bu induktiv tipli nəzəriyyə olacaqdır.Sonra isə ölməkdə olan və depresiya vəziyyətində olan insana rast gəlsəniz və öz ümumi nəzəriyyənizdən onun hərəkətləri haqqında hər hansı bir şərh versəniz və desəniz ki, o qısa bir zamanda öz ölümünü qəbul edəcəkdir o zaman bu deduktiv nəzəriyyə olacaqdır.Yəni siz insan ölümü haqqında olan nəzəriyyə ilə tanışsınız və bu biliyə əsaslanaraq həmin adamın növbəti addımının nədən ibarət olacağını proqnoz edə bilərsiniz.
Sosial işdəki nəzəriyyələrə gəldikdə isə Sibeon (1990), bu nəzəriyyələri üç hissəyə bölmüşdür. Birinci tipə sosial işin nə barədə olmasını izah edən yəni “sosial iş nədir”i izah edən nəzəriyyələrdir. İkinci tipə aid olan nəzəriyyələr sosial iş necə işləyiri izah edən nəzəriyyələrdir. Üçüncü tipə isə ailə və uşaqların dünyasını araşdıran və ya izah edən nəzəriyyələr daxildir.Çətan həyat şəraitində olan insanın (ailənin) dünyası haqqında olan nəzəriyyələrə bəzən sosial işin elmi bazası kimi istinad edirlər.
Sosial iş nəzəriyyərlərinin sosial quruluşu
Sosial işdə nəzəriyyələr eyni zamanda tiplərinə görə bir neçə qrupa bölmək olar.Payne (2005) sosial işdə olan nəzəriyyələri refleksiv-terapetik, sosialist-kollektivist və individualist-reformist kimi tiplərə bölmüşdür.
• Refleksiv-terapetik baxışlar: Dominelli (2002) bu yanaşmaları və ya bu tipə daxil olan nəzəriyyələri terapetik kömək etmək yanaşması kimi adlandırır. Bu yanaşmaya əsaslanıb işləyən sosial işçilər fərdlərin, qurupların və icmaların rifahını onların şəxsi inkişafında və özünü tamamlamaqlarında görürlər və bu istiqamətdə iş aparırlar. Sosial işçi ilə çətan həyat şəraitində olan insanın arasında münasibətlər, çətan həyat şəraitində olan insanın ideyalarını dəyişə bilər və bu da sosial işçiyə imkan verir ki, çətan həyat şəraitində olan insanın arasında təsir etsin; eyni yolla da müraciətçilər sosial işçilərə yardım edirlər ki, onların dünyasını anlasınlar. Bu bir-birlərinə qarışılıqlı təsir prosesi məhz sosial işi bu yanaşmadan görənlər üçün refleksiv edir, belə ki, bu sosial işçinin üzə çıxardığı sosial narahatçılıqlara cavab verir və bu narahatçılıqlarla işlədikcə təcrübə əldə edir.Bu yollar vasitəsilə çətan həyat şəraitində olan insan öz hissləri və həyatları üzərində hakim olmaq bacarıqlarını əldə edirlər.Müracitəçilərə verilən bu dəstək onlara həyatlarında olan problemlərin və iztirabların öhdəsindən gəlməyə onlara imkan verir.
• Sosialist-kollektivist baxışlar: Bu yanaşmaya əsaslanıb işləyən sosial işçilər cəmiyyətdə əməkdaşlıq və qarşılıqlı dəstək axtarırlar ki, cəmiyyətdə əzilmiş və imkansız insanların öz həyatlarına hakim olmalarına şəarit yaratmağa çalışırlar. Sosial işçilər insanları səlahiyyətləndirərək öyrənmə və əməkdaşlıq prosesi vasitəsilə elə şərait yaradırlar ki, cəmiyyətin bütün üzvləri bərabər hüquqlu bəhrələnə bilsinlər.Onların baxışlarına görə elit təbəqə cəmiyyətdəki bütün resursları toplayıb onları öz mənfətləri üçün istifadə edirlər.Belə etməklə onlar cəmiyyətdə digərlərini zülüm altında saxlamaq və digərlərinə imkanlar yaratmamağa çalışırlar.Sosial işçilər də cəmiyyətdə bərabərlik yaratmağa çalışmaqla bu ədalətsizliyi aradan qalrıdmağa çalışırlar.Dominelli (2002) bu yanaşmanı azad edən yanaşmalar adlandırır, çünki sosial işçilər insanları zülmdən və ədalətsizlikdən xilas edirlər.Digər alimlər isə bu sosial işçiləri transformasiya edən yəni dönüş yaradanlar adlandırırlar, çünki onlar cəmiyyəti kasıbların və əzilmişlərin haqqını təmin edən bir cəmiyyətə çevirmək istəyirlər.Bundan başqa onlar belə yanaşmaları var ki, əgər cəmiyyətlərdə transformasiya olmasa o zaman güclülər tərəfindən əzilənlər heç bir zaman fərdi və ya sosial səlahiyyət əldə edə bilməyəcəklər.
• İndividualist-reformist baxışlar: Bu yanaşmadan çıxış edən sosial işçilər sosial xidmətlərin və proqramların fərdlərə cəmiyyət tərəfindən verilən bir xidmət kimi görürlər.Bu fərdlərin ehtiyaclarını ödəyir və onların bir hissəsi gördükləri xidmətlərin keyfiyyətini yüksəldir, bu da sosial işçilərin və xidmətlərin daha da səmərəli fəaliyyət göstərməsinə şərait yaradır.Dominelli (2002) bu yanaşmanı saxlama yanaşması adlandırır.Onlar sosial işi cəmiyyətin sosial düzəninin və sosial bazasını qorumağa çalışan bir peşə kimi görürlər və insanları çətinliklər zamanı hər hansı bir dəstəkləməyə çalışırlar ki, onlar sabitliyi yenidən qazana bilsinlər.Sosial işdə olan nəzəriyyələr aşağıdakı cədvəldə bu tiplər üzrə bölünmüşdürlər.
Nəzəriyyənin tipi Refleksiv-terapetik Sosialist-kollektivist İndividalist-reformist
Perspektiv:
Perspektiv:
Ətraflı
İnklusiv
Nəzəriyyə
Model
İnklusiv
Nəzəriyyə
Model
Psixodinamik
Humanist, mövcudluq
Konstruktiv
Krisis
Humanist, mövcudluq
Konstruktiv
Krisis
Kritik
Zülümün əleyhinə
Feminist
Səlahiyyətləndirmə
Zülümün əleyhinə
Feminist
Səlahiyyətləndirmə
Sosial inkişaf
Sistemlər
Koqnitiv-davranış
Tapşırıq-əsaslı
Sistemlər
Koqnitiv-davranış
Tapşırıq-əsaslı
Nəzəriyyənin sisyası fonu/praktika ilə əlaqəsi
Yuxarıda sosial iş nəzəriyyələrinin quruluşundan və tərkib hissəsindən danışır. Indi isə sosial işin nəzəriyyələrinin real dünya ilə yəni praktika ilə əlqəsindən danışacağıq.Nəzəriyyənin siyasətinin və praktika ilə əlaqəsi dörd məsələ ətrafında formalaşır.
• Tətbiqi-biz nəzəriyyəni praktika tətbiq edə bilirikmi?
• Uzlaşması-nə qədər nəzəriyyə praktika ilə uzlaşır?
• Məsuliyyət-qurumların və ya sosial işçilərin fəaliyyətindəki müstəqilikdə nəzəriyyə nə qədər məsuliyyət tələb edir?
• Legitimliyi-sosial işin sosial dəyəri varmı və bu nə qədərdir?

Sosial iş nəzəriyyələrinin çeşidləri: seçim edilməsi və ya seçimçilik etmə
Baxamayaraq ki, sosial işdə nəzəriyyələr çoxdur amma tədqiqatlar göstərir ki, sosial işçilər yalnız iki və ya üç nəzəriyyə ilə işləyirlər.Payne qeyd edir ki, nəzəriyyərlər xüsusiyyət baxımından çox ümumidirlər və onlar müxtəlif situasiyalarda işlənə bilərlər.Onlardan istifadə o demək deyil, ki müəyyən qurup ilə müəyyən nəzəriyyəni işlətmək lazımdır.
UŞAQ VƏ AILƏLƏR ILƏ SOSIAL IŞDƏ ISTIFADƏ OLUNAN BƏZI NƏZƏRIYYƏRLƏR
Uşaq inkişafı nəzəriyyəsi
«Uşaq inkişafı» anlayışından yaşın müxtəlif mərhələlərində uşaqlarda yaranan ehtiyacların müəyyənləşdirilməsi məqsədilə maraqlı bir yanaşma kimi istifadə edilir.Uşaq inkişafı, doğulduğu gündən yeniyetməlik dövrünə qədər insan həyatının müəyyən bir hissəsini əhatə edən mürəkkəb prosesdir. Bu proses üç mərhələdən keçir: 1) erkən uşaqlıq dövrü; 2) orta uşaqlıq dövrü; 3) yeniyetməlik dövrü. Uşaq inkişafı yanaşmasına görə uşaqlar 5 sahə üzrə inkişaf edirlər.Bunlar 1) fiziki 2) idraki 3) emosional 4) sosial və 5) mənəvi.Uşaqların inkişafında bu 5 sahənin hamısı çox vacibdir. Ona görə mütəxəssislər və valideynlə bu beş sahənin hamısının inkişafına nəzər yetirməlidirlər. Valideyn və mütəxəssislər üçün Uşaq inkşafı üzrə vəsait bu məlumata əlavə olunşuşdur və 122 səhifədən ibarətdir.
Abram Maslovun Holistik-Dinamik Nəzəriyyəsi: Ehtiyaclar Piramidası
Abraham Maslov 1908-ci il aprelin 1-də Amerika Birləşmiş Statlarının Nyu York şəhərində anadan olmuşdur. Ehtiyaclar irarxiyası nəzəriyyəsini ilk dəfə “Motivasiya və Şəxsiyyət” adlı kitabında (1943) təqdim etmişdir. O, bu nəzəriyyədə “özünü-sübutetmə\təsdiqetmə”dən danışır ki, bu da insanların fərdi poteinsialını tam tətbiq etmək üçün böyümə və inkişaf etmə prosesidir. Maslov inanırdı ki, “özünü-sübutetmə” müsbət prosesdir, çünki bunu əldə etməyə doğru gedən insanlar proses boyunca özlərinin nəyə qadir olduqlarını kəşf edirlər, özlərini inkişaf etdirirlər və nəticədə özlərini tapdıqca insanlar özlərini çox yaxşı hiss edirlər və cəmiyyətdə faydalı vətəndaşlar olurlar. Maslov inanırdı ki, biz ehtiyaclar tərəfindən motivasiya olunuruq.Motivasiya özünü-sübut etmədə əsas rol oynayır.Onun motivasiya haqqında aşağıda qeyd olunan bir neçə sadə fikirləri var idi.
• 1970-ci ildə o, qeyd etdi ki, insan bütövlüklə motivasiya olunur, yani onun bir hissəsi ya da hər hansı bir funksiyası yox.
• Motivasiya adətən mürrəkəb və gizli olan hisslərin üzdə görünən sadə davranışıdır\sadə göstəricisidir.
• Onun növbəti fikri ondan ibarətdir ki, insanlar daimi bu və ya digər ehtiyacalar vasitəsilə motivasiya olunurlar. Bütün insanlar dünyanın hər yerində eyni ehtiycalar vasitəsilə motivasiya olunurlar.
• Sonuncu fikri isə “Ehtiyaclar İrarxiyasıdır”. Yəni ehtiyaclar piramidası:

Maslov ehtiyaclar piramidasının 6 mərhələsini qeyd etmişdir.
Birinci mərhələdə fizioloji və ya fiziki ehtiyaclardır. Bunlar aşağıdakılardan ibarətdir:
n Ərzaq, su, oksigen, sığınacaq, sevqi, nəvaziş, bədən temrpaturunun stabil saxlanması və sairən Bu ehtiycalar əsasdır, çünki əgər insan bütün bu ehtiycalardan mərhum olsa o zaman fzioloji ehtiyacların təmin olunması öndə gələcəkdir.
İkinci mərhələdə olan ehtiyaclar isə təhlükəsizlik ehtiyaclarıdır:
n Bura daxildi fiziki təhlükəsizlik, stabillik, aslılıq, müdafiə,n Xaosdan təminat, xəstəliklər, qorxu, həyacan, təhlükədən azad olma və onları hiss etmədən yaşamaq,n Eyni zamanda təhlükəsizlik ehtiyaclarına qanunun aliliyi, nizam-intizam və cəmiyyətdə ədalətli strukturun olması da belə ehtiyaclara daxildir.
Piramidanın 3-cü mərətəbsində sevgi və aidolma hissi və ya ehtiyacları durur.Bura dostluğa olan istək, ehtiyac, ailə və ya yoldaşın olması, ailəyə, icmaya, məhəlləyə və sonda xalqa mənsub olma ehtiyacı eyni zamanda insanlarla münasibətdə olmağa, sevmək və sevilməyə olan ehtiyaclar daxildir.
4-cü mərhələdə hörmət hissləri və ya ehtiyaclarıdır.Bu özünə-hörmət, başqalarına hörmət və başqalarının bizə göstərdiyi hörmətdən ibarətdir.Burda cəmiyyətdə tutulan status da böyük rol oynayır.Insanlar cəmiyyətdə və ya icmada tutduqları statusa görə hörmət qazanırlar.
5-cü mərhələdə özünü-sübutetmə mərhələsi gəlir.Bütün ehtiyaclar ödəndikdən sonra insan özünü-sübutetməyə və ya təsdiqə doğru gedir.Bu səviyyəyə çatan insanlar demək olar ki, tam insanlığı əks etdirirlər beləki onların yüksək mənəvi dəyərləri var, körpə uşaq kimi təbiidirlər və yaradıcıdırlar.Lakin bütün özünü-təsdiq hisslərini qarşılayan insanların hamısında özünü-təsdiq etmə baş vermir. Çünki Maslov qeyd edir ki, “B” dəyərləri vardır ki, insanlar buna malik olmalıdırlar ki, onlarda özünü-təsdiq baş versin. Maslova görə dünya əhalisinin yalnız 2% özünü-sübut\təsdiq etmə mərhələsinə çatır. Maslov bü mərhələyə çatmış insanların bir neçəsinin adını misal olaraq göstərmişdir ki, bunlar: Abrahim Linkolin, Ceyn Adamas, Albert Enşteyn, Tomas Jeferson, Elanura Ruzevelt və sairədir. Bu insanlar digərlərindən ona görə fərqlənmişdirlər ki, onlar öz dövürlərinin adət-ənənələrinin əsiri deyil və onların çərçivəsində yaşamırdırlar və müstəqil, heç kəsdən və heç nədən asılı olmayan bir həyat sürürürdülər.Onlar öz dövürlərinə görə çox irəli getmiş insanlar idilər.Onlar realist idilər və problem yönümlü idirlər.Bəs “B” dəyərlər hansılardır? Maslov aşağıda göstərilən dəyərləro “B” dəyərlərinə daxil etmişdir:
• Bütövlük, mükəməllik, tamamlama, haqq/ədalət, canlılıq, zənginlik, sadəlik, səmimilik, gözəllik, yaxşılılıq, unikallıq, innovatırlıq, şən, müstəqil, özünə-inanan və dürüstlük.
Maslova görə insan bu dəyərlərə malik olduqda və 5-ci mərhələyə çatdıqda artıq onda özünü-təsdiq etmə baş verir.

6-cı mərhələ isə alturizm məhələsidir.Bu səviyyə çatan insanlar artıq özləri haqqında deyil, başqaları haqqında fikirləşir və yaşayırlar.
Sistemlər və ekoloji perespektivlər
Sistemlər perespektivi sosial işdə əhəmiyyətli bir yanaşmadır belə ki, ona əsaslanıb insanlara kömək edəndə diqqət təkcə insanın və ya fərdin tək özünə yox həm də onun ətrafına yönəlməlidir. Yəni onun yaşadığı ailə, icma, cəmiyyət və ölkə də sosial iş prosesinin bütün mərhələlərinə cəlb olunmalıdır. Bu sosial işdə və ya digər insanlara kömək göstərən peşələrdə kaunseling, psixoterapiya və digər yanaşmalara müxalif olan bir perespektidvir, belə kiç yuxarıda qeyd olunan yanaşmaların hamısı kömək prosesində diqqəti yalnız fərdə yönəldir və onun ətraf mühitini nəzərə almır.
Sistemlər perespektivi sosial işin əsas fokusu olan münasibətlər, əlaqələr, sosial ədalət və ya sosial dəyişikliklər ünsürlərinin özündə cəmləyir.
Sistemlər perespektivi sosial işin əsas fokusu olan münasibətlər, əlaqələr, sosial ədalət və ya sosial dəyişikliklər ünsürlərinin özündə cəmləyir.
Sistemlər nəzəriyyəsi haqqında əsas məqamlar
• Sistemlər nəzəriyyəsi digər sistemlərin bir hissəsi kimi görür və digərləri ilə daimia təmasda olmasını kimi qəbul edir;
• Sistemlər bir-biriləri ilə mürəkkəb şəkildə əlaqəda olurlar və bunları araşdırmaq fərdlərin ailələri, icmaları və cəmiyyətdəki digər sistemlər ilə necə təmasda olmasını üzə çıxarmaqda bizə kömək edir;
• Sistemlər perespektivi xüsusi ilə ailələr ilə işləyərkən bizə çox kömək edir və daha çox bu sahədə tətbiq olunur;
• Sistemlər nəzəriyyəsi sosial işə 1970-ci illərdə böyük təsir göstərmişdir. Belə ki, onun sosial işə gəlisi ilə sosial iş prosesinə digər təşkilatların və sistemlərin cəlb olunması oldu və daha böyük sosial qurumlarln yaradılmasına başlandı. Amma ABŞ-da bu nəzəriyyə yalnız inzibati səviyyədə sosial işin təşkilatlanmasına gətirib çıxardı və praktikaya elə də böyük təsir göstərmədi;
• ABŞ-da sistemlər perespektivinin bir nəzəriyyəsi olan ekoloji (eko-sistem) nəzəriyyəsindən daha çox istifadə olunur hansı ki, ənənıvi psixo-dinamik nəzəryirrənin bəzi əlamətlərini ekoloji nəzərıyyəyə birləşdirərək onunla işləməyə başladılar.
• Ekoloji “həyat” və ya ekosistemlər nəzəriyyəsi psixoloji problemlərə sosial əlamərləri də əlavə edirlər və ekoloji idealardan irəli gələn adaptasiya (uyğunlaşma) anlayşlarından istifadə edirlər;
• Sosial şəbəkələr vasitəsi və sosial şəbəkələr ilə dəstəyin edilməsi sistemlər perespektivinin əsas arquemtləridir.

Sistemlər nəzəriyyəsi sosial işdə 1970-ci illərdən mövcuddur. Sosial işdə sistemlərin iki böyük nəzəriyyəsi vardır:
• Ümumi sistemlər nəzəriyyəsi
• Ekoloji sistemlər nəzəriyyəsi
• Ekoloji sistemlər nəzəriyyəsi
Sistemlər nəzəriyyəsi və onların sosial işə tətbiqi:
Sistemlər bir-birləri ilə həddlər vasitəsilə birləşən fiziki və ya mənəvi varlıklardır.
Qapalı və açıq sistemlər vardır.Qapalı sistemlər həddin o tərəfində olan sistemlər ilə heç bir əlaqəsi olmur və vaakumda olurlar.Açıq sistemlər isə həddlərin o tərəfindəki sistemlrə ilə əlaqəsi var amma eyni zamanda sistemin özünü qoruyub saxlaya bilir.Məslən paket çay kimi-paket çayı suya saldıqda o suyu paketin içinədki çaya ötürü və ya əksinə edir amma eyni zamanda da çayı paketin içində saxlamağa müvəffəq olur.
Sistemlər necə işləyir və biz onları necə dəyişə bilərik:
Girən (idxal)-həddlərdən kənarda olan enejinin sistemə daxil olması və sistemdə necə istifadə olunması
Çıxan (ixrac)-Sistemdən həddin digər tərəfinə çıxanlar və onların oradakı mühitə necə təsir etməsi
Entropi-Sistemlərin xaotik inkişaf etməsi, sona çatması və ya ölməsi;
Neqtiv-entropi-Sistemlərin təşkilatlanmış şəkildə inkişaf etdirilməsi, qorunması və başa sona çatmasına imkan verilməməsi

Sistemlərin vəziyyəti beş xarakteristika ilə müəyyən olunur:
Sabit vəziyyət-Sistemin girənləri qəbul edib istifadə etməklə özünü necə qoruyub saxlayır. Bu isə sisyemlərin öz təməl şəxsiyyətlərini dəyişmədən özlərində necə dəyişiklik edə bilmələrini göstərir.
Homeostasis və ya ekuilibrium vəziyyəti-Bu bizim girənlərin bizi dəyişməsinə baxmayaraq təməl xasiyyətimizin və ya vəziyyətimizn dəyişməmək bacarığıdır.Məslən mən kələm yeyirəm amma kələmə çevrilmirəm.
Differensasiya¬-Sistemlərin müxtəlif vaxtlar və müxtəlifə vasitələr ilə inkişaf etməsi tendensiyası.
Qeyri-toplumluluq-Sistemin bütövlüyünün onun hissələrinin bəzilərinin bir yerdə olmasından daha çox olmasından daha yaxşı olması ideayasıdır.
Qarşılılıq (reiprocity)-Əgər sistemin biri dəyişərsə bu digər sistemlərə də təsir edir, və bütün sistemlər dəyişir.

Feminizm nəzəriyyəsi
• Feminist düşüncələrin çox qədim traixi var. Feminizm siyasi, sosial, mədəni və digər sahələrdə qadınların üstünlüyünə diqqət yetirən bir baxışdır. Bundan başqa patriarx cəmiyyətdə qadınlara olan münasibətlərə, kişiləri səlahiyyətləndirən və onlara üstünlük verən düşüncələr sisteminə qarşı çıxır. Bu perespektiv qadınları və ya onların işlərinə etinasiz yanaşan, səsvermə hüququnu əlindən alan, gücünü azaldan fikirlərə və yanaşmalara qarşı çıxır.
• Liberal feminizm imkanlara olan çıxışlarda ayrıseçkiliyə, radikal feminizim patriarxiyaya, sosialist feminizm qadınların sinif-əsaslı strukturlarda sosial ayrıseçkiliyə və əzilməsinə, qara feminizm isə müxtəlifliyə və qadın təcrübəsinin dəyərləndirilməsinə, postmodern sosial və mədəni cərəyanlara qarşı çıxır hansılar ki, qadın konsepsiyasını limitləşdirir və inkişaf yollarını bağlaylır.
• Sosial işdə feminizmin rolu qadının rolunun yüksəldilməsinə, qadına qarşı olan seksual, fiziki, psixoloji və eksplotasiyaya qarşı çıxır.
• Feminis sosial iş özəl təcrübələr ilə və dövlət problemləri arasında bölgüyə və munasibətə diqqət verir və sosial işçilər dövlət adıdan necə ailədaxili zorakılıqlara dövlət adından müdaxilə edir.

Feminizmin 100 ildən artlıq bir tarixi vardır.1800-ci illərdə feminist hərakatının ilkin dalğaları siyasi hüququn və qanuni mülkiyyət hügunun əldə olunması ilə bağlı olmuşdur. 1962-cı illərdən başlayaraq isə feminizim hərakatı iş yerlərində, siyasi nüfuzda, münasibətlərdə və özəl sektorlarda da qadının rolunun artırılmasında və ayrıseçkiliklərin aradan qaldırılmasında öz əksini tapmışdır.
Feminist nəzəriyyəinin mənbəiyi Markisist nəzəriyyədən gəlir.
1690-cı illərdən başlayaraq feminizmin bir neçə cərəyanı meydana çıxdır:
Feminist nəzəriyyəinin mənbəiyi Markisist nəzəriyyədən gəlir.
1690-cı illərdən başlayaraq feminizmin bir neçə cərəyanı meydana çıxdır:
Liberal feminizm: iş yerində və ailədə kişi və qadın arasında bərabəlikdən danışır. Gender sterotiplerinə və mədəni və dini baxəmdan irəli gələn ayrıseçkilikləri aradan qaldırmaq üçün qanunlar, koncensiyalar və digər hüquqi sənədlər qəbul etmək lazımdır.
Radikal feminizim: patriarxiyaya diqqət yönəldir. Patriarxiya o sistemdir ki, orda bütün güc və imtiyazlar kişilərdədir.
Sosialist və Marksist feminizim: bu cərəyan isə sinif-əsaslı sosial strukturlarda qadınlara qarşı olan zülümə qarşı çıxır. Bu cərəyan onu göstərir ki, qadının evdə və işdə ayrıseçkiliyı uğraması ümumiyyətlə cəmiyyətə ziyan gətirir.Bu cərəyan eyni zamanda həm əlillərin haqqını qoruyur.Eyni zamanda irqiçiliyə qarşı çıxır.
Qara feminizm: İlkin olaraq rasizimdən çıxış edərək qadın ayrıseçkiliklərə qarşı çıxır. Qara qadınların diskriminasiya edilməsi onların həyatlarının müxtəlif sahələrinə ziyan vurur.
Post-modern feminizm: bu cərəyan cəmiyyətdə olan yanaşmalra və münasibətlərə qarşə çıxır ki, onların cəmiyyətdə qadınlara qarşə ayrıseçkiliyə zəmin yaratmasınlar. Burda sosial işçilərin çox böyük rolu var.
Sosial işdə istifadə olunan digər nəzəriyyə və ya modellərdən fərqli olaraq bu nəzəzriyyə müraciətçi ilə sosial işçi arasındakə münasibət eqitalirian olmalıdır, kömək edən əməkdaş və ya partnyor kimi görünməlidir nəinki ekspert və ya müdir kimi
Müraciətçinin problemləri və narahatçılığı sosial-siyasi kontekst çərçivəsində təhlil olunmalıdır.Kömək edən onun da həyatında olan və müraciətçinin probleminə uyğun gələn həyat təcrübəsini bölüməyə qadir olmalıdır.Müraciətçi kömək prosesində aktiv bir iştirakçı olmalıdır, kömək prosesi zamanı müraciətçinin güclü xüsusiyyətlərinə daha çox diqqət verilməlidir nəinki onun mənfi xüsusiyytələrinə və ya patalogiyasına.

Hiç yorum yok:
Yorum Gönder