Axtardığınız Hər Söz Başına Ağac Əkən Axtarış sistemi: Ecosia


Ecosia, ənənəvi axtarış sistenlərinin əksinə, reklam gəlirlərinin 80%-ni meşələrinin qoruma layihələrinə bağışlayır.

Saytda axtardığınız hər bir söz bir ağac kimi geri qayıdır.
Bu şirkətin əldə etdiyi qazanclarla hər 12 saniyədə bir ağac əkilir. Dünya miqyasında internet istifadə edən insanların 1%-i, axtarışlarını Ecosia üzərindən həyata keçirsələr hər il İsveçrə böyüklüyündə meşə sahəsini xilas etmək olar. Ecosianın indiki əsas hədəfi "Böyük Yaşıl Divarı"nı yenidən canlandırmaq. Böyük Yaşıl Divar layihəsi, Afrika Birliyi və Dünya Bankının dəstəyi ilə Səhra Çölünün yayılmasının qarşısını almaq üçün həyata keçirilir. Əgər bu layihə uğurlu olarsa, Afrikadakı quraqlığın böyük ölçüdə qarşısı alınmış olacaq.
Android üçün tətbiqidə mövcuddur.
https://play.google.com/store/apps/details…

Sosial işçi ilə müştəri görüşməsi - İlk Görüşmə


AUTIK UŞAQLA RƏFTAR


Autizm-inkişafın elə pozuntusudur ki, bu zaman ətraf aləmlə və başqa insanlarla sosial əlaqələrin formalaşması çətinləşmiş olur.
Əsas simptonları ümumi xarakter daşıyır- bu ünsiyyətdən qaçmaq, yayınmaq, ekstremal təklik, eləcə də streotip davranış kimi mənəvi formalardır. 
Autist uşaqlar digər uşaqlarla ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə parodoksaldır.
Ən çox rast gəlinən təzahürü qarşısındakının gözünə baxmaqdan yayınmaq, ünsiyyətə qoşulmaqdan çəkinməkdir.
Əslində onlarda ünsiyyətə girmək tələbatı var, lakin bu şüursuz mexanizm mükəmməldir. Buna görə belə uşaqları ünsiyyətə daxil olmağa məcbur etmək, israrlı olmaq lazımdır.
Uşaq həyatının ilk əvvəlində bu uşaqla ananın münasibətlərində özünü göstərə bilər .
Əgər uşaq valideynləri və yaxud başqa insanlarla az ünsiyyət qurursa, onda mütəxəssislər tez bir zamanda autizm diaqnozunu müəyyən etməyə bilərlər. Bu vəziyyətdə uşaq uşaq oyunlarının mənasını anlamır, məs: qaçdı-tutdu oyunu.
Autist uşağın yaşıdları ilə əlaqəsini qurmaq çox çətindir, lakin buna görə də uşaq cəmiyyətdən təcrid edilmiş kimi qala bilər.
Autist uşaqlar istəklərini və emosiyalarını monoton səslərlə bildirir, dialoqda iştirak etmirlər. Bu cür uşaqlarda taktil hissiyyat və ya həssaslıq müşahidə oluna bilər. Autist uşaqlar hiperhissiyyatlı uşaqlardır.Buna görə də onlarla çox ehtiyyatlı olmaq lazimdır.
Onlarla sakit danışmaq, yavaş və dəqiq toxunmaq lazımdır. Başqa cür olsa, isterika yarana bilər.
Körpənin müqavimətinin öhdəsindən gəlməyə və onu real həyata qatmağa çalışmaq lazımdır. Uşağın diqqətini maraqlı oyuna cəlb etməklə ona gözə baxmağı, onunla söhbət etməyi öyrətmək lazımdır ki, bu da iki tərəfli olmalıdır. Dilin köməyi ilə də ünsiyyəti stimullaşdırmaq olar. Məs: uşaq fincan istəyirsə, ona məhz fincan verin, əgər o qaşıq xahiş edirsə, amma əslində ona fincan lazımdır, onda ona qaşıq verin.
İstənilən davranış və hərəkətin düzgün forması uşaqla ünsiyyətin əhəmiyyətli qaydasıdır.
Autist uşaqları cəzalandırmaq qəti surətdə olmaz. Belə uşağa daha çox vaxt ayırmaq və mümkün qədər çox ünsiyyət saxlamaq lazımdır.
Bu körpələr adi uşaqlara nisbətən ünsiyyətə daha çox ehtiyac duyurlar.
Məhz buna görə autist uşaqları ixtisaslaşdırılmış, korreksiya işləri aparılan mərkəzə və ya məktəbə vermək lazımdır.

Sevda Mustafazadə psixoloq

BOŞANMANIN UŞAQLARA TƏSİRİ


Boşanma günümüzdə çox görülən bir problemdir və biz bu xəbəri tez-tez eşidirik.Boşanma hər iki tərəfə psixoloji olaraq ciddi təsir edir.Hələ ailədə uşaqlar varsa,bundan ən çox təsirlənən əlbəttə ki, uşaqlar olur.Bu hadisə uşaqların həyatında dərin izlər buraxır. Bəs boşanma uşaqlara necə təsir edir?
Ümumiyyətlə,boşanma məktəbəqədər yaş dövründəki uşaqlara körpələrə nisbətən daha çox təsir edir.Buna səbəb 1-3 yaşlardakı uşağın boşanmanın nə olduğunu tam olaraq dərk etməməsidir.Məktəbəqədər yaş dövründəki uşaqlar adi hadisələrdə belə özlərini günahkar bildiklərinə görə boşanmada da özlərini günahlandıra bilirlər.Məsələn:mən bu hərəkəti etməsəydim,anamla atam ayrılmazdı.
Tədqiqatlar belə göstərir ki,oğlan uşaqları qız uşaqlarına nisbətənboşanmadan daha çox təsirlənilər.Boşanmış ailələrin uşaqları daha çox aqressiv olurlar və bu uşaqlarda davranış pozuntularına rast gəlinir.Çox zaman məktəbəqədər yaşlı uşaqlarda reqressiya,qorxu,ətrafa qarşı əsəbilik müşahidə olunur.3-6yaşlardakı uşaqlarda yuxu problemləri və masturbasiyalar artır.Uşaq ata yaxud anasının getdiyini gördükdə o biri valideynin də gedəcəyindən qorxur,bu zaman isə uşaqlarda ayrılıq qorxusu yaranır.Bununla əlaqədar olaraq,uşaqlar gecələri altını islatmağa,yuxu problemləri yaşamağa başlayırlar.Masturbasiya edən uşaqlar isə sevgi əksikliyi yaşadığından bunu edirlər.
Qeyd edim ki,uşaqların boşanmadan necə təsirlənəcəkləri uşaqların yaşından,cinsiyyətindən,ailə vəziyyətindən və uşaqların bununla necə baş edə bilmə mexanizminin gücündən asılıdır.Boşanma zamanı həm oğlan həm də qız uşaqları ata olmadığı zaman gələcəkdə bir çox problemlərlə qarşılaşırlar.Keçid dövründəki oğlan uşaqlarının daimi olaraq gördükləri bir kişi modeli olmadığına görə onlar ətrafa doğru yönəlməyə başlayırlar.Bəzən isə yanlış adamları özlərinə model olaraq seçirlər.Bunun baş verməməsi üçün atalar uşaqları ilə yaxşı əlaqə qurmalı,əgər ata bunu etmirsə,o zaman ata modelini yaxın,güvəndiyiniz adamlara köçürmək lazımdı.Qız uşaqlarının da ata ilə emosional tələbatı ödənilmədiyindən qızlar bu tələbatı ödəmək üçün yaxşı tanımadıqlarla münasibət qurur,hər “şirin söz”ə aldana bilirlər.
Bundan əlavə boşanma uşaqların məktəb uğurlarını və akademik qabiliyyətlərini aşağı salır.
Heç bir valideyn boşanmadan uşaqların təsirlənməyini istəməz.Bunun üçün unutmamalısınız ki,boşanmadan sonra ana-atanın münasibəti uşaqlar üçün vacibdir.Əgər arada problem olsa bele bunu uşaqlara bildirməmək lazımdı.Uşaqlarınızla bağlı məsələlərdə çalışın bir yerdə qırar verin.Bəzi analar uşaqlarından atalarına qarşı intiqam almaq məqsədi ilə istifadə edirlər.Amma bu çox yanlışdır.Uşaqların yanında ana-atanın bir-birini pisləməyi düzgün deyil.Ayrılsaz belə,uşaqları digər valideyni ilə görüşməyinə icazə verməlisiniz.Uşağınızı sevdiyinizi,bundan sonra da hər zaman sevəcəyinizi hiss etdirməlisiniz.Ən əsası isə bir mütəxəssisdən nece etmək lazım olduğu haqda məsləhət almağınız vacibdir.

Psixoloq - Nərmin Əlizadə.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili.

Valideynər uşaqları qüsurlu dünyaya gələndə ilk reaksiyaları “Bu iş gərək bizim başımıza gelməzdi” deyib bu vəziyyəti inkar edə bilərlər və eyni anda onlar var güclərini, uşaqların durumunu düzəltmək üçün xərcləyərlər.Sonradan isə valideynlər inkar etməyin bir faydası olmadığını gördükdə,əsəbləşib bir günahkar axtarırlar.
Sonradan uşaqlarının vəziyyətini dərk etdikcə,bu həqiqətlə barışıb səsiz qalırlar.Dünyadan təcrid olunmuş kimi heç kimi görmək istəməz,uzun müddət ağlayıb depresiyaya düşə bilərlər.Bununçündə ona yaxınları və ətrafı dəstək olmalıdır.Get gedə ailə ”Əlimizdən gələni övladımız üçün edəcəyik”deyib yola çıxarlar.
Bu yola çıxmaq heçdə asan deyil, ancaq gərək valideynlər,çox güclü və təmkinli olsunlar.İflic və qüsurlu uşaqlar normal uşaqlara nisbətən daha artıq diqqətə, qayğıya ehtiyyac duyurlar.Valideynlər gərək bu çətin misyanın öhtəsindən gəlsin,güclü olub stresə düşməsin..Ailədə baş verənlər,ailənin bir fərdi sarsıtdığı kimi, ailənin normal uşaqlarınaada təsir edə bilər.Niyə bizim bacı və qardaşımız belədir?Ata anam ona daha çox diqqət edir, bizə vaxt ayırmır, və. s kimi mənfi düşüncələrə qapılırıar.Bu zaman valideynlər uşaqlara başa salmalıdırki bir müddət qardaşınıza (və ya bacınıza) daha çox qayğı göstərməliyəm.Onun daha çox ehtiyyacı var bizim dəstəyimizə.
Uşaqların emosyanal inkişafı üçün düzgün rəftar önəmlidir.Dinimizdə də belə bir deyim var. ”Kimin övladı varsa, onunla övlad kimi rəftar etməlidir.Övladlar arasında ayrı-seçkilik salınmamalıdır.Ailə içi münasibətləri elə tənzimləmək lazımdır ki, hec kim zədə almasın.
Başqalarının sizin övladınıza yazı gəlməsini istəmirsinizsə,sizindəövladınıza yazığınız gəlməsin.Uşağınızızı olduğu kimi qəbul edin. Qayğınızı əksik etməyin, çünki onların daha çox qayğıya ehtiyyacları var. Uşağın təmiz geyinməsinə, gigienasına diqqət edin.Saçı, əli ,üzü, paltarı ,təmiz olsun.Onunla tez tez gəzintiyə çıxın.Hər şeyi dönə-dönə təkrar edin çünki onlar qavramadada çətinlik çəkirlər.Əziz valideynlər,səbr və hövsələ mütləqdir.
Xüsusi qayğıya ehtiyyacı olan uşaqlardan əlimizi üzüb bir kənara atmaq olmaz.Bu uşaqlar üçün xüsusi məktəblər təsis olunub.Hələ 18-ci yüzilliyin sonlarında Avropa və ABŞ-da qüsurlu uşaqlar üçün məktəblər təsis edildi.Xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o biri sağlam uşaqlardan kənar saxlanılırdı.Əziz valideynlər gəlin övladımız qüsurludu deyə ,onlardan utanmayaq, cəmiyyətdən təcrid etmeyək əksinə onları cəmiyyətimizə qazandıraq.Övladımızın ayaqları əlləri olmaya bilər,ancaq yaxsı düşünən beyni ola bilər.Məyər azdırmı idmanda ugur qazanan qüsurlu insanlarımız?başqa sahələrdə də naliyyətlər qazanan çox qüsurlu insan var.
Dünyada da sırf əlilərin yarışması üçün paraolimpiya oyunlarıda keçirilir.Gələcəkdə bu insanlarında cəmiyyətdə hər hansı bir mövqe tutması üçün ən böyük məsuliyyət valideynlərin üzərinə düşür.Onlar dərk etməlidirlər ki, sosial proseslərə təsir göstərən mühüm faktorlardan biri və ən vacibi təhsildir.Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin,istər sağlam , istərsədə sağlamlıq imkanları məhtud insanların bərabər təhsil almasını təmin edir.
İnklüziv təhsil məhz belə bir imkan yaradır.Respublikamızdada bu təhsilə xüsusi önəm verilib.Bu məsələ prezidentimiz cənab İlham Əliyevin diqqət mərkəzindədir.Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tətfindən imzalanmış”Sağlamlıq imkanları məhdud şəxslərin təhsili(xüsusi təhsil)haqqında Azərbaycan Respublikasın Qanunu qəbul edilmişdir. Bu qanunda sağlamlıq imkanları məhdud uşaqların. Onların valideynlərinin və valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmışdır.
Cəmiyyətimiz inklüziv təhsilin böyük önəm kəsb etdiyini anlamalıdırlar.Bununçündə mətbuat və informasiya vasitələrində maarifləndirmə və təbliğat işi gücləndirilməlidir.Xüsusi qayğıya ehtiyyacı olan uşaqlar üçün,regionlarda mütləq inklüziv mərkəzlərin sayı çoxalmalıdır.İnklüziv uşaqların həyatı davamlı izlənilməli,təhsil almaları üçün xüsusi tipli məktəblərin sayı artırılmalıdır.Ən əsası isə valideynlərin maarifləndirilməsi üçün kurslar təşkil edilməlidir ki,qüsurlu uşaqları olan insanlar utanıb sıxılıb övladlarını gizlətməsin, atmasın əksinə öz valideynlik borclarını yerinə yetirib övladlarına dəstək olacaqlar.
Yuxarıda qeyd etdiyimiz kimi Təhsil sahəsində İslahat Proqramının prinsipləri təhsil alana şəxsiyyət kimi münasibət bəsləməyi,onun təlim-tərbiyə prosesində əsas subyektə çevrilməsini, hər bir uşağa demokratik yanaşmağı tələb edir.Buna görədə xususi qayğıya ehtiyyacı olan uşaqlara təhsil almaq imkanı yaratmaq, onların ailələrinə dəstək vermək, dövrün zamanın və demokratik cəmiyyətin tələbidir.Biz pedaqoqlarda bu sahədə əlimizdən gələni edəcəyik.
Məmmədova Gülnarə. Pedaqoq

Xüsusi qayğıya ehtiyacı olan uşaqların davranış problemləri


   Xüsusi qayğıya ehtiyacı olan uşaqların əqli və fiziki inkişafının zəif olması onlarda böyük və kiçik motorikanın, emosional-iradi sferanın  inkişafını ləngidir, eləcə də idrak proseslərinin inkişafına, fəaliyyətin iradi tənzimlənməsinə mənfi  təsir göstərir. İradi-emosional sferanın formalaşması bədən tarazlığını təmin etmə ilə, yəni fiziki bacarıqların inkişafı ilə şərtlənir. Nəticədə uşaqlarda məsuliyyət, müstəqillik, özünəinam hissləri inkişaf edir. Psixi, fizioloji və sosial proseslərin belə qarşılıqlı şəkildə inkişafı refleksiya qabiliyyətini artırır ki, bu da  onların sosial bacarıqlar əldə etməsinə kömək edir və mühitə adaptasiya olunmalarını asanlaşdırır.
  Xüsusi qayğıya ehtiyacı olan uşaqların iradi tərbiyəsi üçün inandırma və iradi səyləri həvəsləndirmə metodundan istifadə olunur. Uşağın kollektivə mənsub olmaq, “uşaqlardan biri olmaq”cəhdi ona motivasiya verir. Mənsub olma hissi uşağın öz dəyərini hiss edə bilməsi üçün təmin edilməsi zəruri olan ehtiyaclarından biridir. Bununla yanaşı kiçik yaşlı uşaqlarda onların həyatları ilə bağlı qərarların qəbul edilməsini etibar etmək onlarda inam hissini tərbiyə edir.
    Xüsusi qayğıya ehtiyacı olan uşaqların emosional cəhətdən zəif inkişaf etməsi onların tez tez qorxu hissi keçirməsi və özünə qapanmalarına səbəb olur. Bu hal yarandıqda uşaqlarda zərərli və arzuolunmaz davranışlar müşahidə olunur. Belə davranışların qarşısını almaq üçün onlara “xüsusi” yanaşma tətbiq edilir. Bu yanaşma ayrı-ayrı addımlardan ibarət olur və tətbiqi ilə arzuoplunmaz davranışın səbəbləri aydınlaşdırılır, məqəsdlər müəyyən olunur, addımlar planlaşdırılır, davranışa görə münasibət qurulur və sonda uşağın ailə üzvləri, eləcə də digər insanlarla ünsiyyətdə olma, birgə fəaliyyətdə olmadan məmnun qalma hissi aşılanır.
Alternativ ünsiyyət vasitələrinin seçilməsi, müxtəlif oyunlardan istifadə, musiqi terapiyasının tətbiqi sayəsində uşaq özünü anlayır və dərk edir,  daxili potensialından məqsədyönlü istifadə edə bilir, arzuolunmaz davranışlar azalır, ünsiyyət bacarıqları, müstəqil və avtomatik davranışları, özünü idarəetmə zamanı emosionallığı, özünə xidmət bacarıqları artır.

Sudabə İskəndərova

Ümumdünya Sosial İş Günü – 18 mart 2014