Boşanma günümüzdə çox görülən bir problemdir və biz bu xəbəri tez-tez eşidirik.Boşanma hər iki tərəfə psixoloji olaraq ciddi təsir edir.Hələ ailədə uşaqlar varsa,bundan ən çox təsirlənən əlbəttə ki, uşaqlar olur.Bu hadisə uşaqların həyatında dərin izlər buraxır. Bəs boşanma uşaqlara necə təsir edir?
Ümumiyyətlə,boşanma məktəbəqədər yaş dövründəki uşaqlara körpələrə nisbətən daha çox təsir edir.Buna səbəb 1-3 yaşlardakı uşağın boşanmanın nə olduğunu tam olaraq dərk etməməsidir.Məktəbəqədər yaş dövründəki uşaqlar adi hadisələrdə belə özlərini günahkar bildiklərinə görə boşanmada da özlərini günahlandıra bilirlər.Məsələn:mən bu hərəkəti etməsəydim,anamla atam ayrılmazdı.
Tədqiqatlar belə göstərir ki,oğlan uşaqları qız uşaqlarına nisbətənboşanmadan daha çox təsirlənilər.Boşanmış ailələrin uşaqları daha çox aqressiv olurlar və bu uşaqlarda davranış pozuntularına rast gəlinir.Çox zaman məktəbəqədər yaşlı uşaqlarda reqressiya,qorxu,ətrafa qarşı əsəbilik müşahidə olunur.3-6yaşlardakı uşaqlarda yuxu problemləri və masturbasiyalar artır.Uşaq ata yaxud anasının getdiyini gördükdə o biri valideynin də gedəcəyindən qorxur,bu zaman isə uşaqlarda ayrılıq qorxusu yaranır.Bununla əlaqədar olaraq,uşaqlar gecələri altını islatmağa,yuxu problemləri yaşamağa başlayırlar.Masturbasiya edən uşaqlar isə sevgi əksikliyi yaşadığından bunu edirlər.
Qeyd edim ki,uşaqların boşanmadan necə təsirlənəcəkləri uşaqların yaşından,cinsiyyətindən,ailə vəziyyətindən və uşaqların bununla necə baş edə bilmə mexanizminin gücündən asılıdır.Boşanma zamanı həm oğlan həm də qız uşaqları ata olmadığı zaman gələcəkdə bir çox problemlərlə qarşılaşırlar.Keçid dövründəki oğlan uşaqlarının daimi olaraq gördükləri bir kişi modeli olmadığına görə onlar ətrafa doğru yönəlməyə başlayırlar.Bəzən isə yanlış adamları özlərinə model olaraq seçirlər.Bunun baş verməməsi üçün atalar uşaqları ilə yaxşı əlaqə qurmalı,əgər ata bunu etmirsə,o zaman ata modelini yaxın,güvəndiyiniz adamlara köçürmək lazımdı.Qız uşaqlarının da ata ilə emosional tələbatı ödənilmədiyindən qızlar bu tələbatı ödəmək üçün yaxşı tanımadıqlarla münasibət qurur,hər “şirin söz”ə aldana bilirlər.
Bundan əlavə boşanma uşaqların məktəb uğurlarını və akademik qabiliyyətlərini aşağı salır.
Heç bir valideyn boşanmadan uşaqların təsirlənməyini istəməz.Bunun üçün unutmamalısınız ki,boşanmadan sonra ana-atanın münasibəti uşaqlar üçün vacibdir.Əgər arada problem olsa bele bunu uşaqlara bildirməmək lazımdı.Uşaqlarınızla bağlı məsələlərdə çalışın bir yerdə qırar verin.Bəzi analar uşaqlarından atalarına qarşı intiqam almaq məqsədi ilə istifadə edirlər.Amma bu çox yanlışdır.Uşaqların yanında ana-atanın bir-birini pisləməyi düzgün deyil.Ayrılsaz belə,uşaqları digər valideyni ilə görüşməyinə icazə verməlisiniz.Uşağınızı sevdiyinizi,bundan sonra da hər zaman sevəcəyinizi hiss etdirməlisiniz.Ən əsası isə bir mütəxəssisdən nece etmək lazım olduğu haqda məsləhət almağınız vacibdir.
Psixoloq - Nərmin Əlizadə.
Hiç yorum yok:
Yorum Gönder